Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2022-ci ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,1 faiz artaraq 10109,0 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 5120,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5 faiz artaraq 4988,2 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 37,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 34,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 27,6 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.