Ödənişli xidmətlər haqqında
30.06.2022 00:00
2022-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,1 faiz artaraq 2156,5 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 1762,9 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 81,8 faizini təşkil etmişdir.