Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2022-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,6 faiz artaraq 13005,5 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artaraq 7779,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,5 faiz azalaraq 5226,0 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 36,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.