Tikintinin əsas göstəriciləri
30.09.2022 00:00
2022-ci ilin yanvar-avqust aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 70,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,0 faizini əsaslı təmir, 6,2 faizini cari təmir, 14,2 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 91,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.