Ödənişli xidmətlər haqqında
30.09.2022 00:00
2022-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,2 faiz artaraq 3251,9 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 3044,1 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 93,6 faizini təşkil etmişdir.