Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2011-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində "Dərnəgül" metro stansiyası, "Kempinski Badamdar" Otel Kompleksi və Müalicə-Diaqnostika Mərkəzi istismara verilmişdir. 2011-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 124553 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2011-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3039,6 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,5 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 2521,8 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 517,8 milyon manatlıq vəsaitdən istifadə edilmişdir. 2011-ci ilin yanvar-oktyabr aylarında 789,1 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 98,1 faiz təşkil etmişdir. 2011-ci ilin yanvar-oktyabr aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 3284,8 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 40,5 faiz artmışdır.