İstehlak mallarının satışı və pullu xidmətlər haqqında
25.01.2012 00:00
2011-ci ilin yanvar-dekabr aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 8206,3 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 11,3 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 19,6 faizi hüquqi şəxslər, 80,4 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur.
Əhali istehlak mallarının 1611,4 milyon manatlığını hüquqi şəxslərdən, 6594,9 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2010-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 23,2 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 8,7 faiz artmışdır.
Əhaliyə satılmış malların 4282,4 milyon manatını ərzaq, 3923,9 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmiş və onların xüsusi çəkiləri müvafiq olaraq 52,2 və 47,8 faiz təşkil etmişdir.
2011-ci ilin yanvar-dekabr aylarında əhaliyə güstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 5,2 faiz üstələyərək 3433,1 milyon manata çatmışdır. Xidmətlərin 63,3 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 2171,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 8,2 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 0,3 faiz artaraq 1261,2 milyon manata çatmışdır.