Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2011-ci ilin yanvar-dekabr aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 31,5 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Ãœmumi istehsalın 92,9 faizi sənaye mallarının istehsalı, 7,1 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 26,0 milyard manatlıq və ya ümumi istehsalın 82,5 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 5,5 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Yanvar-dekabr aylarında istehlakçılara 31482,6 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,1 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2012-ci il yanvar ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 174,8 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 11,2 milyon manat məbləğində digər mallar da olmuşdur.