Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2011-ci ilin yanvar-dekabr aylarında Bakı şəhərində "Hilton Bakı" Oteli,"Kempinski Badamdar"Otel və "Jumeirah Bilgah Beach Hotel"kompleksləri, Müalicə-Diaqnostika Mərkəzi, "Dərnəgül" metro stansiyası və Tikinti materialları zavodu istismara verilmişdir. 2011-ci ilin yanvar-dekabr aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 209014 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir.
2011-ci ilin yanvar-dekabr aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına 1230,1 milyon manat əsas fondlar istifadəyə verilib.
2011-ci ilin yanvar-dekabr aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3886,5 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 3148,2 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 738,3 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
2011-ci ilin yanvar-dekabr aylarında 1045,4 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,6 faiz artmışdır.
2011-ci ilin yanvar-dekabr aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 4419,0 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 44,6 faiz artmışdır.