Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2011-ci ilin yanvar-noyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 45,6 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,7 min nəfər və ya 21,8 faiz az olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 23,2 faiz artaraq 512,7 manat təşkil etmişdir.
2011-ci ilin yanvar-noyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 16,0 min nəfər olmuşdur ki, onların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 719,2 manat təşkil etmişdir. Cari ilin yanvar-noyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 482,8 manat olmuşdur, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artmışdır. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı 1035,0 manat təşkil etmişdir.